14:27 - 6.04.2024
6 aprel, Fineko/abc.az. 2024-cü ilin yanvar-mart ayları ərzində Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 4 milyard 281 milyon 505,1 min manat vergi daxil olub.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% artaraq 2 mlrd. 914,2 mln. manata çatıb.
Ödənilən vergilərin 68 faizi qeyri-neft-qaz sektorunun, 32 faizi isə neft-qaz sektorunun payına düşüb.