Birinci rübdə Türkiyənin ixrac həcmi rekord həddə çatıb

18:10 - 5.04.2024


5 aprel, Fineko/abc.az. Türkiyənin bu ilin birinci rübündə ixracatı rekord həddə çatıb, təkcə mart ayında 22,578 milyon dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Respublikanın Ticarət naziri Ömər Bolat bildirib.

Türkiyənin mart ayında idxal göstəriciləri 30,95 milyard dollar, xarici ticarət kəsiri isə 7,72 milyard dollar təşkil edib.
Xəbər verilir ki, mart ayında Türkiyə ixracatı əvvəlki ilə nisbətən 4,1%, idxal isə 5,7% azalıb.
Ümumilikdə, rüb ərzində Türkiyənin ixracı 63 6 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% çoxdur. İdxal 12,6% azalaraq 84,1 milyard dollara düşüb.