Bu ölkənin valyuta-qızıl ehtiyatları 645.6 milyard dollara çatıb

14:58 - 5.04.2024


5 aprel, Fineko/abc.az. Hindistanın valyuta-qızıl ehtiyatları 645.6 milyard dollara çatıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Hindistan Ehtiyat Bankının rəhbəri Şaktikanta Das bunu ölkə üçün tarixi rekord adlandırıb.

Bankın rəhbəri, həmçinin 2021-ci ildə valyuta-qızıl ehtiyatlarının ilk dəfə olaraq 640 milyard dolları keçdiyini, lakin sonradan 524 milyard dollara qədər azaldığını xatırladıb.

O, Mərkəzi Bankın Hindistan rupisinin dəyərindəki dalğalanmanı yumşaltmaq siyasətinin uğurlu olduğunu vurğulayıb.

Müəllif: Elmir Murad