Rusiya şirkəti Azərbaycanda müasir zavod tikir

14:19 - 4.04.2024


4 aprel, Fineko/abc.az. Novosibirskin (Rusiya Federasiyası) kompozit üzlük panelləri istehsalçısı Ələt azad iqtisadi zonasında müasir zavod inşa edir. 

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya mətbuatına bu ölkənin Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin biznes klubunun üzvü tərəfindən UHOM tikinti hipermarketi layihəsi həyata keçirliir. “Tikinti materialları və məmulatlarının istehsalı və təchizatı sahəsində qarşılıqlı əlaqə çox vacibdir, çünki respublikada sənaye istehsalının və mülki tikintinin həcmi artır. Qarabağ iqtisadi rayonunda mühüm layihələr həyata keçirilir ki, burada Rusiya istehsalı olan məhsullardan da istifadə olunur", - deyə R. Mirsayapov əlavə edib.

(Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)