Bu səbəbdən qızılın qiyməti bahalaşmaqda davam edir - VİDEO

10:29 - 4.04.2024


4 aprel, Fineko/abc.az. Qızılın qiyməti bahalaşmaqda davam edir.

ABC.AZ-ın məlumatına görə, bir neçə həftə öncə bahalaşan qızılın qiyməti yenidən artaraq rekord həddə çatıb.

Ay ərzində qızılın qiyməti 10 %-dən çox artıb. Son üç gündə isə öz tarixi maksimumunu yeniləyib.

Satıcıların sözlərinə görə, İtaliya, Türkiyə, Rusiya və digər  ölkələrdən gətirilən qızılların hamısında bahalaşma müşahidə edilir.

Ekspertlər deyirlər ki, qızılın qiymətinin artmasının  səbəblərindən biri də banklar və investorlar tərəfindən bu məhsula marağın artmasıdır.

Qeyd edək ki, qızılın qiyməti tarixi maksimumunu yeniləyərək, 1 troy unsiyası üçün 2,3 min dolları ötüb.

Xəzər tv-nin hazırladığı süjeti sizə təqdim edirik: