16:38 - 3.04.2024
3 aprel, Fineko/abc.az. Sumqayıt Kimya Sənaye Parkının rezidenti “UPI - Universal Packing Industry” Qapalı Səhmdar Cəmiyyəti (QSC) karton istehsalına başlayıb.
ABC.AZ xəbər verir ki, bunu QSC-nin direktoru Fikrət Vəliyev deyib.
Onun sözlərinə görə, müəssisə karton istehsalı üçün tələb olunan xammalı Rusiyadan alır. Artıq Rusiyadan 560 ton xammal gətirilib.
Hazırda istehsal edilən məhsul daxili bazarın tələbatının ödənilməsinə yönəldilir. QSC daxili bazarın tələbatının 30-40 faizini ödəməyi nəzərdə tutur.
(Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı )