10:16 - 3.04.2024
3 aprel, Fineko/abc.az. Fevralda Gürcüstanın real ÜDM-i 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9.5% artıb.
ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, Gürcüstanın özəl sektorunun dövriyyəsi 11.4 milyard lari təşkil edib ki, bu da 2023-cü ilin fevral ayı ilə müqayisədə 11.8% çoxdur. Son bir ayda ölkədə 6.1 min yeni şirkət qeydiyyata alınıb ki, bu da bir il əvvəlkindən 5.8% azdır.
Ən çox artım emal sənayesi, tikinti, peşə və elmi-texniki sahələrdə, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat və anbar təsərrüfatında qeydə alınıb. Bununla belə, energetika və mədən sənayesində tənəzzül var.
Yanvar-fevral aylarında ÜDM-in orta artım tempi 7.7% təşkil edib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026