Qazaxıstanın bu bankı Mir kartına xidməti dayandırıb

10:08 - 3.04.2024


3 aprel, Fineko/abc.az. Qazaxıstanın ən böyük banklarından olan “Halyk Bank” fevralın 27-də “Mir” kartlarına xidmət göstərməyi dayandırıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, həm bankomatlar, həm də POS terminallar vasitəsilə xidmət dayandırılıb.

“Halyk Bank” hələ 2022-ci ilin yazında Rusiyanın “Mir” kartlarının xidmətini məhdudlaşdırıb.

O, ödənişləri POS terminallar vasitəsilə, lakin nağd pul çıxarmaq imkanı olmadan həyata keçirməyə icazə verib. 2022-ci ilin dekabrında ödənişlər tamamilə dayandırılıb.

Fevral ayında “Mir” ödəniş sisteminin operatoru ABŞ sanksiyalarının altına düşüb. Bunun fonunda xarici banklar “Mir” kartları ilə işləməkdən imtina edir.