17:23 - 2.04.2024
2 aprel, Fineko/abc.az. Dövlət Vergi Xidmətində yeni təyinat olub.
ABC.AZ xəbər verir ki, təyinat Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsində həyata keçirilib. Belə ki, Mirzə Mirzəyev sözügedən idarəyə rəis təyin edilib. O, buna qədər Vergi auditi Baş İdarəsinin rəis müavini idi.
Mirzə Mirzəyev Bakı Dövlət Universitetində İqtisadi kibernetika üzrə bakalavr, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.
21 Avqust 2026