Valyuta hərracında bankların tələbi 3,5% artıb

12:47 - 2.04.2024


2 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, aprelin 2-də keçirilən valyuta hərracında bankların tələbi 97,9 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 3,3 milyon dollar (3,5%) çoxdur.

Martın 28-də valyuta hərracında AMB banklara 94,6 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.