11:20 - 1.04.2024
1 aprel, Fineko/abc.az. 2035-ci ilə qədər Çin iqtisadiyyatının ABŞ-ı geridə qoyaraq dünyanın ən böyük iqtisadiyyatına çevrilməsi ehtimalı var.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Xalq Universitetinin Çonyanq Maliyyə Araşdırmaları İnstitutunun hesabatında deyilir.
Qeyd olunub ki, Çin növbəti bir neçə il ərzində illik ÜDM artımını 5% civarında və ya 2035-ci ilə qədər ən azı 4%-dən yuxarı saxlayarsa, bu ssenari mümkündür.
Hindistan, Kanada, Çin, Rusiya və ABŞ-dan olan alimlərin birgə hazırladığı araşdırmada Çinin iqtisadi artım tempinin ABŞ-ı ötdüyü qeyd olunub. Eyni zamanda, yuan beynəlxalq aləmdə möhkəmlənməkdə davam edir və onun beynəlmiləlləşmə dərəcəsi artır.