Azərbaycanda soyuducu və dondurucu istehsalı 30% artıb

11:14 - 28.03.2024


28 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 90 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu əvvəlki illə müqayisədə 21 ədəd və ya 30,4% çoxdur. 2023-cü ilin yanvar-fevral aylarında 69 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilmişdi.

1 mart 2024-cü il tarixinə hazır məhsul ehtiyatı 206 ədəd olub ki, bu da illik müqayisədə 202 ədəd və ya 51,5 dəfə çoxdur. 1 mart 2023-cü il tarixinə hazır məhsul ehtiyatı 4 ədəd təşkil edib.