“Samsung Pay” aprel ayından etibarən “Mir” kartları ilə işləməyəcək

11:13 - 28.03.2024


28 mart, Fineko/abc.az. “Samsung” şirkəti, “Samsung Pay” xidmətində yeni bir məhdudiyyət olduğunu bildirib.

ABC.AZ xəbər verir ki, aprelin 3-dən etibarən “Mir” kartlarını əlavə etmək və artıq əlavə edilmiş kartları istifadə etmək mümkün olmayacaq. Köhnə kartlar avtomatik olaraq ləğv ediləcək.

Şirkət klub kartları/daimi müştəri kartlarının əlavə edilməsi və istifadəsi funksionallığının dəyişmədən işləyəcəyini qeyd edib.

“Samsung” həmçinin əlavə edib ki, xidmət Belarusiyada dəyişməz olaraq işləməyə davam edəcək. Tərəfdaş bankların Visa və Mastercard kartlarını “Samsung Pay”a əlavə etmək və istifadə etmək mümkün olacaq.