Moody's Gürcüstanın kredit reytinqini "Ba2" səviyyəsində təsdiqləyib

17:49 - 27.03.2024


27 mart, Fineko/abc.az. Moody's Beynəlxalq Reytinq Agentliyi Gürcüstanın suveren reytinqini "Ba2" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu "neqativ" dən "stabil"ə yüksəldib.

ABC.AZ xəbər verir ki, bu barədə Respublika Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, perspektivin yaxşılaşmasının əsas səbəbi Gürcüstanın geosiyasi risklərə davamlılığıdır. Moody's agentliyi hesab edir ki, 2024-cü ildə Gürcüstan iqtisadiyyatı 5,5% artacaq, fiskal sabitlik gələcəkdə də saxlanılacaq ki, bu da borc göstəricisinin aşağı olmasına gətirib çıxaracaq.

Yanvar ayında Gürcüstanın real ÜDM-nin artımı 5,8% təşkil edib. 2023-cü ilin dekabrında parlament respublika iqtisadiyyatının 5,2% artacağını proqnozlaşdıran 2024-cü il büdcəsini təsdiqləmişdi. 2024-cü ildə nominal ÜDM-in 85,4 milyard lari (təxminən 32 milyard dollar) olacağı gözlənilir. Adambaşına düşən ÜDM 22 min laridən (8,1 min dollardan çox) çox olacaq.