Azad edilmiş 3 şəhərdə sənaye zonaları yaradılacaq

17:29 - 18.03.2024


18 mart, Fineko/abc.az. Azərbaycanın işğaldan azad edilmiş Zəngilan, Cəbrayıl və Qubadlı şəhərlərinin girişində sənaye zonaları yaradılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, artıq bu istiqamətdə hazırlıq görülür, yaxın vaxtlarda sözügedən ərazilərdə layihələndirmə işləri aparılacaq.

Hazırda işğaldan azad edilmiş ərazilərdə 2 sənaye parkı fəaliyyət göstərir. Bunlar, Cəbrayıldakı “Araz Vadisi İqtisadi Zonası” və Ağdam Sənaye Parkıdır.

Report