16:18 - 15.03.2024
15 mart, Fineko/abc.az. Alman вaşınmaz əmlak operatoru “Vonovia”nın bazar kapitallaşması 6% azalıb. Bu, şirkətin 2023-cü il üçün 6,76 milyard avro zərər elan etməsindən sonra baş verib.
ABC.AZ xəbər verir ki, Vonovia 2023-cü ildə xalis itkiləri 2022-ci illə müqayisədə 10 dəfədən çox artırıb. Nəticə 10.7 milyard avro məbləğində 500.000-dən çox mənzilinin dəyərinin silinməsi ilə əlaqələndirilir.
“Commerzbank” rəhbəri Henninq Kox hesab edir ki, Almaniya böyük itkilərə və lazımsız daşınmaz əmlakın problemli satışına səbəb olacaq Daşınmaz əmlak böhranının yarıyolundadır.
Qeyd edilir ki, Avrozonanın ən iri iqtisadiyyatı 2007-2009-cu illərdəki qlobal maliyyə böhranından etibarən daşınmaz əmlak sektorunda ən pis tənəzzülü yaşayır. Bunun səbəbi borclanma dəyərinin kəskin artması və riskli kreditləşmənin yüksək payı olub.