Valyuta hərracında bankların tələbi 5% artıb

12:37 - 14.03.2024


14 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, martın 14-də keçirilən valyuta hərracında bankların tələbi 83,3 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 3,9 milyon dollar (4,9%) çoxdur.

Martın 12-də keçirilən valyuta hərracında AMB banklara 79,4 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın orta çəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.