10:29 - 14.03.2024
14 mart, Fineko/abc.az. 2023-cü ildə Azərbaycanda internet bankçılığı vasitəsilə əməliyyatların dəyəri artıb.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın icraçı direktoru Fərid Osmanov Bakıda keçirilən “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbirində bildirib.
Onun sözlərinə görə, ötən il internet bankçılığı vasitəsilə əməliyyatların dəyəri 2022-ci illə müqayisədə 12 %, mobil bankçılıqla əməliyyatların dəyəri isə 2 dəfə çox olub.
"Cari hesablar üzərindən aparılan əməliyyatlarda kağız formatda təqdim olunan ödəniş sənədləri kifayət qədər azalıb. Elektron ödənişlərin xüsusi çəkisi 80 %-i keçib. İnternet və mobil bankçılıq xidmətləri kifayət qədər inkişaf edib", - deyə o qeyd edib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026