Azərbaycanda sahibkarlar 10,2 milyard manatlıq sənaye məhsulu istehsal edib

16:16 - 13.03.2024


13 mart, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 10,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

ABC.AZ Dövlət statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 11,2 faiz artıb.

Sənaye məhsulunun 63,9 faizi mədənçıxarma sektorunda, 29,5 faizi emal sektorunda, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.