Azərbaycanda könüllü vergi ödəmələri 90%-ə çatıb - Deputat

16:11 - 13.03.2024


13 mart, Fineko/abc.az. Azərbaycanda könüllü vergi ödəmələri 90%-ə çatıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinini iclasında komitə sədri Tahir Mirkişili deyib.

O bildirib ki, bu, ilk növbədə vergi sahəsində aparılan islahatlarla bağlıdır: “Təxminən 5-6 il əvvəl bu göstərici 55-60 % olub”.