Vergi orqanlarındakı bu vəzifəli şəxslərə kompensasiya veriləcək

15:38 - 12.03.2024


12 mart, Fineko/abc.az. Vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi gücləndirilir. 

ABC.AZ xəbər verir ki, bu, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi və maddi təminatı ilə bağlı təzimləmənin təkmilləşdirilməsi məqsədilə Əsasnaməyə ayrıca fəsil əlavə olunur.

Bu çərçivədə Əsasnaməyə yeni təminatlar - vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vergi orqanının vəzifəli şəxslərinə pul kompensasiyasının verilməsi, vergi orqanının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin verilməsi müəyyən edilir.