Valyuta hərracında tələb 3,8% artıb

14:17 - 12.03.2024


12 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, martın 12-də keçirilən valyuta hərracında bankların tələbi 79,4 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 300 min dollar (3,8%) çoxdur.

Martın 7-də keçirilən valyuta hərracında AMB banklara 79,1 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.