Qırğızıstan Nazirlər Kabineti "Çon-Kemin" Milli Parkının sərhədlərindən iki yatağı çıxarmağı planlaşdırır

11:18 - 11.03.2024


11 mart, Fineko/abc.az. Qırğızıstan hakimiyyəti Kutessai-II nadir torpaq elementləri   və berilyum Kalesai yataqlarını "Çon-Kemin" Milli Parkından çıxarmaq niyyətindədir.

ABC.AZ xəbər verir ki, Nazirlər Kabinetinin təbii parkın sərhədlərinin dəyişdirilməsi barədə qərar layihəsi ictimai müzakirəyə çıxarılıb.

Nazirlər Kabinetinin məlumatına görə, son əlavə kəşfiyyatdan sonra yataqdakı filiz ehtiyatları 51.5 min tondan 75 min tona qədər artıb. Burada molibden, bizmut, qurğuşun, berilyum, gümüş kimi elementləri var.

Əlavə edək ki, cari ilin fevral ayının sonunda məlum oldu ki, Qırğızıstan hakimiyyəti İssık-Kul yaxınlığında Qızıl-Ompol uran yatağını işlətməyi planlaşdırır. Daha sonra Prezident Sadır Japarov Qızıl Ompolun necə işlənəcəyini izah edərək yatağın titanomaqnetit olduğunu qeyd edib və inkişafının iqtisadi faydalarını Kumtor potensialı ilə müqayisə edib.