Külçə qızıl təxminən 7 faiz dəyər qazanıb

15:44 - 7.03.2024


7 mart, Fineko/abc.az. Qlobal bazarlarda qızıl ABŞ Mərkəzi Bankının (FED) bu il faiz dərəcələrini azaldacağına dair proqnozlar ilə bahalaşır.  

ABC.AZ xəbər verir ki, qızılın kəskin bahalaşması davam edir və bu gün yenidən rekord qırıb.

Külçə qızıl əvvəlki altı seansda təxminən 7 faiz dəyər qazanıb. Bu gün bir unsiya qızılın qiyməti 2167 dolları görüb.

Son bir ildə qızıl 18 faizdən çox bahalaşıb.