Çində cari ildə ÜDM artımı 5% civarında olacaq - Proqnoz

15:36 - 5.03.2024


5 mart, Fineko/abc.az. Çin hökuməti cari ildə ümumi daxili məhsulun (ÜDM) artımının 5 faiz civarında olacağını hədəfləyir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Çian martın 5-də Pekində işə başlayan 14-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının 2-ci sessiyasının açılışında hökumətin hesabatını təqdim edərkən bildirib.

Li Çian ötən maliyyə ilində ölkədə 12.44 milyon yeni iş yerinin açıldığını, hökumətin cari maliyyə ilində də 12 milyon yeni iş yerinin yaradılmasını hədəflədiyini açıqlayıb.

O, hökumətin tədbirli maliyyə siyasətini həyata keçirəcəyini, dövlət büdcəsində investisiyalar üçün 700 milyard yuan nəzərdə tutulduğunu bildirib.