AccessBank təmir-tikinti işlərinin aparılmasına dair tender elan edir

15:05 - 5.03.2024


AccessBank maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.

 Bankın məlumatında deyilir ki, tender Cəlilabad filialında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar elan olunub.

 Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün [email protected] elektron ünvanına, yaxud (+994 55) 505 69 59  nömrəsinə müraciət edə bilərlər.

Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2024-cü il mart ayının 15-də saat 18:00-da başa çatır.