Kreml BRICS-də blokçeyndə ödəniş sisteminin yaradılmasını elan etdi

10:42 - 5.03.2024


5 mart, Fineko/abc.az. BRICS rəqəmsal valyutalar və blokçeyn əsasında müstəqil ödəniş sistemi yaratmağa çalışacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"BRICS çərçivəsində rəqəmsal valyutalar və blokçeyn kimi ən müasir texnologiyalara əsaslanan müstəqil hesablaşma ödəniş sisteminin yaradılması perspektiv üçün vacib bir məqsəddir. Ən əsası - dövlətlər, əhali və biznes üçün rahat olardı, ciddi xərclər tələb etməz və siyasətdən kənar olardı", — deyə Uşakov bildirib.

O xatırladıb ki, 2023-cü il Yohannesburq bəyannaməsində liderlər BRICS ölkələrinin milli valyutalarda hesablaşmaların artırılmasına, beynəlxalq əməliyyatların təmin edilməsi üçün müxbir bank şəbəkələrinin gücləndirilməsinə yönəldiyini qeyd ediblər.