14:48 - 28.02.2024
28 fevral, Fineko/abc.az. Azərbaycanda yanvar üzrə sənayenin, pərakəndə ticarət, tikinti və xidmət sektorundakı inam indeksləri açıqlanıb.
ABC.AZ xəbər verir ki, bunla bağlı Mərkəzi Bankın bülletenində qeyd edilir.
Sənayenin inam indeksi dekabrda -3.29 bənddən yanvarda -2.93 bəndə yüksəlib. İqtisadiyyatda mühüm payı olan tikinti sektorunun inam indeksi -2.54 bənddən -2.05 bəndə, pərakəndə ticarət 15.09 bənddən 18.55 bəndə, xidmət isə 39.55 bənddən 41.14 bəndə qədər yüksəlib.