İnnovasiyalar üzrə ölkələrin reytinqi - Azərbaycan Ermənistandan geridədir

11:47 - 16.02.2024


16 fevral, Fineko/abc.az. 2023-cü il üçün innovasiyalar üzrə ölkələrin reytinqində Azərbaycan dünyada 132 ölkə arasında 89-cu yeri tutub.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən reytinqi “The World Intellectual Property Organization” (WIPO) təşkilatı hazırlayıb.

Reytinq ekspertləri mövcud iqtisadi vəziyyət fonunda innovasiya sahəsində qlobal tendensiyaları təhlil edərək, innovasiya xərcləri və nəticələri kimi meyarlara görə qruplaşdırılmış 80-ə yaxın göstəricini nəzərə alaraq dünya iqtisadiyyatlarını innovasiya potensialına uyğun olaraq sıralayıblar.

Ən innovativ ölkələr İsveçrə, İsveç, ABŞ, Böyük Britaniya və Sinqapurdur.  Reytinqdə sonuncu yeri Anqola tutub.

MDB ölkələri arasında ilk beşliyə Rusiya, Ukrayna, Moldova, Ermənistan və Belarus daxildir. Qazaxıstan Respublikasından aşağı pillələrdə Özbəkistan, Azərbaycan, Qırğızıstan və Tacikistan dayanır.