Valyuta hərracında tələb 31,2% azalıb

12:37 - 15.02.2024


15 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, fevralın 15-də keçirilən valyuta hərracında bankların tələbi 103,9 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, son hərracdan 47,2 milyon dollar və ya 31,2% azdır.

Fevralın 13-də keçirilən valyuta hərracında AMB banklara 151,1 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.