10:45 - 15.02.2024
15 fevral, Fineko/abc.az. Azərbaycanda Ələt Azad İqtisadi Zonasının inkişaf perspektivlərinə və İqtisadi Zona ilə bağlı yaradılmış İşçi Qrupun fəaliyyətinə dair yol xəritəsinin hazırlanması barədə müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyindən ABC.AZ-a bildirilib ki, İqtisadi Zona ilə bağlı yaradılmış İşçi Qrupun birinci iclası keçirilib.
İclasda iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən, İşçi Qrupun rəhbəri Mikayıl Cabbarov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, həmin sərmayədarların Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində iqtisadi inkişafa töhfə vermək, həmçinin yeni iş yerləri yaratmaq əsas hədəflərdəndir.
21 Avqust 2026