ABŞ Türkiyənin özəl banklarını təhdid edir

10:19 - 14.02.2024


14 fevral, Fineko/abc.az. ABŞ sanksiya siyasətinə əsaslanaraq bir sıra özəl türk banklarına xəbərdarlıq edib ki, Rusiya Federasiyasından pul köçürmələrini diqqətlə yoxlamaq lazımdır.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin bank sektorundakı mənbə məlumat verib.

Belə ki, mənbə bildirib: "Hazırda ölkənin bir sıra özəl bankları sanksiya siyasəti ilə əlaqədar ABŞ-dan xəbərdarlıq alır (Rusiya Federasiyasından köçürmələr haqqında). Hətta təhdid tonda danışılır"

Yanvarın 1-dən Türkiyə ixracatçıları bankların Rusiya Federasiyasından pul köçürmələrini qəbul etməkdən imtina etməsi ilə üzləşiblər. Məlumata görə, problem qismən ABŞ-ın Türkiyəyə sanksiyalarla bağlı təzyiqləri ilə bağlıdır. Bu məsələ ilə Türkiyənin Maliyyə Nazirliyi məşğul olub, Moskva Ankara ilə dialoq aparır.