10:48 - 13.02.2024
13 fevral, Fineko/abc.az. Bitkoin, ötən gün kriptovalyuta məzənnəsi 2021-ci ilin dekabrından bəri ilk dəfə 50 min dolları keçdikdən sonra çərşənbə axşamı cüzi bahalaşmağa davam edir.
ABC.AZ xəbər verir ki, ticarət zamanı bitkoin məzənnəsi 0,2% yüksəlir və 49,943 min dollar təşkil edir. Ötən gün kotirovkalar 50,211 min dollara çatmışdı, lakin ticarətin sonunda artım zəiflədi. Son yeddi sessiyada kriptovalyuta 2023-cü ildə iki yarım dəfə artdıqdan sonra 11% bahalaşdı.
Bazar ertəsi Coinbase Global Inc. kriptovalyuta birjasının qiymətli kağızlarının qiyməti 3,7% artıb. Bitkoin mayninq şirkəti Riot Platforms şirkətinin səhmləri isə 9,4% bahalaşıb.
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026