Yanvarda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 6%-dən çox azalıb

10:18 - 12.02.2024


12 fevral, Fineko/abc.az. 2024-cü ilin yanvar ayında gömrük xətti ilə büdcə daxilolmaları 6.5% azalaraq 473 milyon 728 min manat təşkil edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, gömrük rüsumları üzrə daxilolmalar 136 milyon 952 min manat , əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 314 milyon 877 min manat, aksizlər üzrə daxilolmalar 18 milyon 507 min manat, yol vergisi üzrə daxilolmalar isə 3 milyon 392 min manat təşkil edib.