Bitkoin Çin yeni ilinin qeyd edilməsi zamanı 48 min dollara qədər yüksələ bilər

11:10 - 9.02.2024


9 fevral, Fineko/abc.az. Matrixport tədqiqat rəhbəri və 10x Research-in qurucusu Markus Tilen hesab edir ki, bitkoin Çin Yeni ilinin qeyd edilməsi zamanı 48.000 dollara qədər arta bilər.

Onun sözlərinə görə, son 9 ildə ən böyük kriptovalyuta Çin təqvimi üzrə yeni il ərzində orta hesabla 11% artıb. "Növbəti bir neçə gün əsas statistik əhəmiyyətə malikdir, çünki bitkoin 11 fevral (şənbə) tarixindən başlayaraq Çin Yeni ili ərzində 10% artım potensialına malikdir" — deyə Tilen bildirib.

Ekspert həmçinin hesab edir ki, bitkoin mart ayının ortalarına qədər 52 min dollara qədər yüksələ bilər.