17:06 - 8.02.2024
8 fevral, Fineko/abc.az. Artıq bu aydan etibarən sahibkarların götürdüyü bir sıra kreditlər üzrə faizlərin subsisiyalaşdırılması həyata keçiriləcək. Bu eyni zamanda işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən sahibkarların, eləcə də COB29-un təşkili ilə bağlı layihələrin icrası ilə bağlı verilən kreditlərə şamil ediləcək.
Bunu ABC.AZ-a açıqlamasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən kredit götürən sahibkarlar üçün genişmiqyaslı subsidiya mexanizmi nəzərdə tutulub.
"Bu mexanizm imkan verəcək ki, təxminən 10 faiz bənd hər bir kredit üzrə subsidiyalaşdırma həyata keçirtsin. Bu da ilkin qiymətləndirmələrə görə bütövlükdə bu istiqamətdə kredit portfelinin təxminən 90 faizini əhatə edəcək. Bu da imkan verəcək ki, subsidiyadan faydalana bilsinlər. Eyni zamanda COB29-un təşkili ilə bağlı təqdim olunan kreditlər üzrə də subsidiyalaşdırma mexanizmi tətbiq olunacaq. Bilirsiniz ki, bununla da bağlı Prezidentin sərəncamı var. Praktiki olaraq çoxsaylı istiqamətlərdə sahibkarların dəstəklənməsi və kreditlərin faizlərinin bir hissəsinin dövlət tərəfindən ödənilməsi nəzrdə tutulub. Bu da imkan verəcək ki, sahibkarların cəlb etdiyi kreditlər üzrə faizlər real faizlərdən daha az olsun. Bu da shibkarlar üçün xərclərin minimallaşdırılması və aşağı faizli kreditlərin əldə edilməsinə imkan yaradacaq" -deyə deputat bəyan edib.
Müəllif: Elmir Murad
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026