15:28 - 6.02.2024
6 fevral, Fineko/abc.az. Niderlandın “ING Group”u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 4.5%, 2025-ci ildə 5.6% olacağını proqnozlaşdırır.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə şirkətin açıqladığı proqnozlarda qeyd olunur ki, bu il üçün açıqlanan yeni proqnoz yanvar ayının 11-də açıqlanan proqnoza nisbətən 0.5 faiz bəndi azdır, gələn ilin proqnozu isə dəyişməyib.
Proqnozlara əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 6%, ikinci rübdə 1.9%, üçüncü rübündə isə 4.3% səviyyəsində gözlənilir.
İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5.3%, 2025-ci ildə 4.9% olacağını gözləyir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5.9% təşkil edəcək, 2025-ci ildə 3.9%-dək azalacaq.
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 4.7.%-ə qədər azalacağını, 2025-ci ildə 5% olacağını proqnozlaşdırır.
Dünya Bankının qiymətləndirmələrinə görə Azərbaycanda orta illik inflyasiya 2024-ci ildə 5.8%, 2025-ci ildə 5.2% təşkil edəcək.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026