14:11 - 5.02.2024
5 fevral, Fineko/abc.az. “Kazatomprom” (Qazaxıstanın milli atom şirkəti) bu il üçün istehsal proqnozunu 14%-ə endirib. Şirkət, ehtimal ki, növbəti iki il ərzində istehsal hədəflərinə çatmayacağını xəbər verib.
ABC.AZ xəbər verir ki, Avstraliyanın ən iri uran hasil edən şirkətləri “Paladin Energy Ltd”nin səhmləri Sidneydə 7,4%, “Boss Energy Ltd”nin isə 8,1% artıb.
Bir neçə kiçik mədən şirkəti daha da artıb: Avstraliya və Namibiyada layihələrə sahib olan Deep Yellow Ltd.-nin səhmləri 18%-dən çox, “Bannerman Energy Ltd”nin səhmləri isə 8,3% çoxalıb.