11:14 - 5.02.2024
5 fevral, Fineko/abc.az. Fevralın 13-də Hindistan fermerləri minimum dəstək məbləğinə (MSP) etiraz etmək üçün Pəncab və Haryanadan ölkənin paytaxtına yürüşlər seriyası keçirəcəklər.
ABC.AZ xəbər verir ki, fermerlər minimum dəstəyə zəmanət verən qanun qəbul etməyi tələb edirlər. Bu yaxınlarda Hindistanda MSP-nin verilməsi qaydasını dəyişdirən qanun qəbul edilmişdi.
Paytaxta yürüş ərəfəsində Pəncab və Haryana fermerləri öz bölgələrində traktor yürüşləri keçirirlər.