10:12 - 2.02.2024
2 fevral, Fineko/abc.az. Azərbaycanda ekoloji, su mənbəyi, su təchizatı problemi var. Bu kənd təsərrüfatında suvarma və istehlakçıların su istifadəsində müəyyən problem yaradıb.
ABC.AZ xəbər verir ki, bunu Smita Misra Dünya Bankının Su və kanalizasiya üzrə böyük mütəxəssisi bildirib.
O qeyd edib ki, bu iqlim problemindən irəli gəlir və bu tək Azərbaycanda baş vermir.
Onun sözlərinə görə, hazırda bununla bağlı Dünya Bankının qarşısında belə bir məsələ var ki, bunu necə aradan qaldıraq:
"Hazırda biz su itkisini çox ciddi izləyirik. Bir neçə tədqiqat başlanıb və o araşdırma davam edir. Su itkilərinjn qarşısının alınması istiqamətində də araşdırmalar aparılır. Biz çalışırıq ki, bu sahədə çalışan qurumlar istehlakçılar qarşısında məsuliyyətlərini artırsınlar. Ümumən kənd təsərrüfatı və kanalizasiya sistemi istiqamətində işlərimiz gedir. Su itkilləri tək Azərbaycana xas məsələ deyil, bu problem bir çox ölkədə var. İnfrastruktur böyüdükcə su itkiləri də artır. Borular tikilərkən daha diqqətli olmaq lazımdır və biz də düşünürük ki, bu borulari tikən qurumlara müəyyən tövsiyyələrimizi verək".
Müəllif: Elmir Murad
25 Avqust 2026
25 Avqust 2026