12:07 - 1.02.2024
1 fevral, Fineko/abc.az. Ötən təcrübədə olduğu kimi, Ələt Azad İqtisadi Zonasına ayrılmış növbəti mərhələ ərazilərinin inkişafı ilə bağlı işlərin səmərəli təşkili və düzgün koordinasiyasını təmin etmək məqsədilə İşçi qrupu yaradılıb.
Ələt Azad İqtisadi Zonasınının müdiriyyətindən ABC.AZ-a verilən məlumata görə, özügedən İşçi qrupunun yaradılmasında əsas məqsəd müvafiq dövlət qurumlarının iştirakı ilə Ələt Azad İqtisadi Zonasına ayrılmış ərazilərin Baş planının tərtib edilməsi və bunun əsasında ərazi-xarici və ərazi-daxili nəqliyyat (dəmiryolu və avtomobil yolları) və mühəndis-kommunikasiya (su, qaz, elektrik enerjisi, kanalizasiya və s.) təminatı obyektlərinin layihələrinin hazırlanması və icrasının həyata keçirilməsidir.
Əminliklə qeyd etmək lazımdır ki, İşçi qrupunun yaradılması və fəaliyyəti Ələt Azad İqtisadi Zonasına ayrılmış ərazilərin və müvafiq infrastrukturun daha sürətli və səmərəli şəkildə inkişafını təmin edəcəkdir.