11:45 - 31.01.2024
31 yanvar, Fineko/abc.az. Pakistan Maliyyə Nazirliyinin son hesabatları ölkənin artıq borc dairəsinə düşdüyünü göstərdi. 2023/24 maliyyə ilinin birinci yarısı üçün büdcə kəsiri artıq keçən ilki göstəricini 51% üstələyib — əsasən xarici və daxili borclar üzrə böyük ödənişlər səbəbindən.
ABC.AZ xəbər verir ki, maliyyə nazirinin səlahiyyətlərini icra edən Şəmşad Axtar deyib ki, artıq borc vəziyyəti nəzarətdən çıxıb, çünki hökumət demək olar ki, bütün yeni borcları köhnə borcların faizlərinin xidmətinə xərcləyir.
Bu vəziyyətin əsas səbəbi Pakistanın xarici maliyyə bazarlarından aşağı kredit reytinqi (CCC) ilə kəsilməsi, daxili bazarda isə ölkənin dövlət bankının əsas dərəcəsinin 22% olması və BVF ilə razılaşma şərtləri buna mane olduğu üçün endirilə bilməməsidir.