11:18 - 31.01.2024
31 yanvar, Fineko/abc.az. Bizim pul bazamız 29,6 faiz artıb.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankda uçot dərəcəsi parametrləri üzrə keçirilən mətbuat konfransında idarə heyətinin sədri Taleh Kazımov bildirib.
Mərkəzi Bank pul bazasının artımının gələcək inflyasiyaya təsiri ilə bağlı qabaqlayıcı tədbirlər görüb deyən Baş bankir qeyd edib ki, biz əvvəldən bunu gözə almışdıq. "Ona görə də bununla bağlı biz müəyyən qabaqlayıcı tədbirlər görmüşük. Qabaqlayıcı tədbirlər gördüyümüz üçün pul bazasının artımı inflyasiyanın çoxalmasını neytrallaşdıracaq. Bizim iqtisadi artımla bağlı proqnozumuz da eyni qalıb. Hesab edirik ki, bu il ölkədə 3,5% civarında iqtisadi artım proqnozlaşdırır. Düşünürük ki, 2025-ci ildə isə iqtisadi artımımız 3-4 faiz ortalığında olacaq" -deyə T.Kazımov bildirib.
Müəllif: Elmir Murad
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026