Mərkəzi Bank faiz bəndini 8 %-dən 7,75 %-ə endirdi - Qərar

10:15 - 31.01.2024


31 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 8 %-dən 7,75 %-ə endirilməsi barədə qərar qəbul edib.

ABC.AZ xəbər verir ki, bu barədə AMB-dən bildirilib. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi azaldılaraq 6,5 %-dən 6,25 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 9 %-dən 8,75 %-ə endirilib.

"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında vəziyyət nəzərə alınmaqla veriib", - deyə Mərkəzi Bank bəyan edib.

Bu qərar bu gündən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri haqda növbəti qərar martın 28-də açıqlanacaq.