15:30 - 30.01.2024
30 yanvar, Fineko/abc.az. "Boston Consulting Group" şirkətinin hesablamalarına görə, "Daşkəsən dəmir filizi" layihəsinin investisiya dəyəri 1,7 milyard manat qiymətləndirilib.
ABC.AZ xəbər verir ki, bu barədə "Daşkəsən Dəmir Filizi" MMC-nin baş direktoru Ceyhun Əliyev ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
Baş direktor qeyd edib ki, dəmir filizi yataqlarının istismara verilməsi ilə 2047-ci ilədək ÜDM-ə 7.5 milyard manat dəyərində töhfə veriləcəyi proqnozlaşdırılır. Həmçinin ölkəmizin qeyri-neft-qaz sektorunun inkişafına xidmət edən layihənin icra müddətində birbaşa və dolayı effekti nəzərə alınaraq, minlərlə daimi iş yerinin açılması ilə Gəncə-Daşkəsən iqtisadi rayonunun məşğulluq göstəricisinə əhəmiyyətli töhfənin verilməsi gözlənilir.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026