Valyuta hərracında tələb 50% artıb

12:35 - 30.01.2024


30 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, yanvarın 30-da keçirilən valyuta hərracında bankların tələbi 64,2 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 21,4 milyon dollar və ya 50% çoxdur.

Yanvarın 25-də keçirilən valyuta hərracında AMB banklara 42,8 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.