Çinin Evergrande developeri Honkonqda səhmləri dayandırıb

10:15 - 29.01.2024


29 yanvar, Fineko/abc.az. Çinin iri developerlərindən biri olan Evergrande, bazar ertəsi Hong Kong Fond Birjasında ticarətini dayandırıb.

ABC.AZ xəbər verir ki, bazar ertəsi Hong Kong Ali Məhkəməsi kreditorların dünya developerləri arasında rekord borcu olan “Evergrande”in ləğvi üçün vəsatətini təmin edib.

"Əsas səhmlərin ticarətinin dayandırılması ilə China Evergrande Group (EVG) üçün fyuçers və opsion ticarəti əlavə xəbərdarlığa qədər dayandırılıb", — birjanın saytında belə deyilir.

2021-ci ildə Evergrande, bir neçə illik sürətli böyümə və aktiv borclanmadan sonra 300 milyard dollardan çox borc öhdəliyi ilə defolt ərəfəsində olmuşdu.