12:25 - 26.01.2024
26 yanvar, Fineko/abc.az. Azərbaycanda bank sektorunda biznes kreditlərinin həcminin ehtimal olunan potensialı 16.5 milyard manata çatdırılması, müvafiq korporativ idarəetmə, şəffaflıq və rəqabət qabiliyyətliliyinin inkişafı və risk əsaslı tənzimləmə və nəzarətin gücləndirilməsi hədəflənir.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun bu gün təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nı şərh edərkən bildirib.
Strategiyaya uyğun olaraq bank sektorunda əlverişli və məsuliyyətli bank xidmətlərinin genişləndirilməsi vasitəsilə dayanıqlı inkişafın dəstəklənməsi nəzərdə tutulur. Bu məqsədlə bank sektoru üzrə bazarın genişləndirilməsi, bank olmayan kredit təşkilatlarını inkişaf etdirməklə onların iqtisadiyyatın maliyyələşməsində rolunun yüksəldilməsi, eləcə də nəzarət çərçivəsinin müasirləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
9 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026