11:27 - 26.01.2024
26 yanvar, Fineko/abc.az. Mərkəzi Bankın rəhbərliyi 2024-cü ildə ilk dəfə faizlərə yenidən baxmaq məqsədi ilə iclas keçirəcək.
ABC.AZ xəbər verir ki, requlyator faiz dərəcəsinin parametrlərinə dair hansı istiqamətdə dəyişiklik ediləcəyi ilə bağlı qərarını 31 yanvarda verməlidir.
2023-cü ildə səkkiz iclasdan 3-də faizlər hər birində 25 baza bəndi artırılıb, beşində gözləmə mövqeyinə çəkilib, son ikisində isə hər birində 50 baza bəndi azaldılıb. Faiz dərəcəsinin aşağı həddi 6.50%-ə, yuxarı həddi 9.00%-ə, uçot faiz dərəcəsi isə 8.00%-ə endirilib.
Mərkəzi Bank uçot faiz dərəcəsinin artırılması ilə bağlı qərara 2021-ci ilin sentyabrında gəlib.
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026