Valyuta hərracında bankların tələbi 2,5% azalıb

14:44 - 25.01.2024


25 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, yanvarın 25-də keçirilən valyuta hərracında bankların tələbi 42,8 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 1,1 milyon dollar və ya 2,51% azdır.

Yanvarın 23-də valyuta hərracında Mərkəzi Bank banklara 43,9 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.